RU
Ölkəyə qanunsuz yolla kosmetik məhsullar gətirmək istədilər - Foto
16:50
590

Ölkəyə qanunsuz yolla kosmetik məhsullar gətirmək istədilər - Foto

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə dərman preparatlarının, avto-ehtiyyat hissələrinin və kosmetik məhsulların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

 

7News.Az bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Baş İdarənin "Qırmızı Körpü” gömrük postunda iki ədəd "DAF” markalı yük nəqliyyat vasitələri saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobillərin saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 2645 ədəd müxtəlif adda dərman preparatı, 441 ədəd dərman vasitəsinin istifadə təlimatı, həmçinin 53 ədəd müxtəlif avto-ehtiyyat hissələri və 19 ədəd kosmetik məhsullar aşkar edilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ