Kanadanın məşhur bodi-art və tatuaj ustalarından biri Kris Venselin dərisi sənət əsəri olacaq.
7News.Az ABC-yə istinadən bildirir ki, oktyabrın 28-də yuxuda ikən keçinmiş 41 yaşlı rəssamın dul xanımı Şerilin istəyi belədir.
Kris Vensel Saskataun şəhərindəki "Electric Underground Tattoos" tatu-salonunun sahibi idi.
Mədə yarasından ölmüş Krisin xanımının dediyinə görə, ərinin vəsiyyətinə uyğun hərəkət edir.
Şeril ABŞ-dakı "Save My Ink Forever" şirkətinə müraciət edib və mərhum ərinin dərisinin unikal proprietar proses vasitəsiolə saxlanması üçün 80 min dollar ödəyib.
Üç ay davam edəcək proses nəticəsində mərhum rəssamın belində və çiyinlərində tatuaj olan dəri bölgələri cərrahiyyə yolu ilə kəsilib götrüləcək.
Qurudularaq xüsusi çərçivəyə salınmış tatulu dəri parçaları gələn ilin baharında Saskatunda keçiriləcək sərgidə nümayiş olunacaq.
7News.Az












