Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən lombard sahibi Dürrə İsmayılovaya hökm oxunub.
Hakim Əhməd Quliyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə D.İsmayılova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və istintaqda dövründə azadlıqda olduğu üçün məhkəmə zalında həbs olunub.
İttihama görə, Bakı şəhəri Xətai rayonunda lombard fəaliyyətiylə məşğul olan Dürrə İsmayılova 200 nəfərdən çox şəxsin girov qoyduğu 300 min manatlıq əmlakı mənimsəyib.
7news.Az







