RU
London LIVE kanalında “Sonsuz Dəhliz” filminin nümayişi keçirilib
17:45
1307

London LIVE kanalında “Sonsuz Dəhliz” filminin nümayişi keçirilib

Mayın 19-da “London LİVE” televiziya kanalında ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan “Endless Corridor” (“Sonsuz Dəhliz”) müstəqil sənədli filmin nümayişi keçirilib.

7News.Az xəbər verir ki, filmin kanalda nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilib.

“Sonsuz dəhliz” sənədli filmi şahid ifadələri əsasında lentə alındığı üçün Xocalı hadisələrinin bütün reallığını əks etdirir. Film beş il müddətində böyük əmək sərf edilərək hazırlanıb. Xocalıda baş vermiş kütləvi insan qırğınını daha dərindən dərk etmək üçün bu film əvəzsiz ekran əsəridir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ