7NEWS.az xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonun şimal-qərbində yerləşən Stonebridge bölgəsindəki evdə yanğın baş verib. Yanğın nəticəsində 4, 8 və 15 yaşlı 3 uşaq və 43 yaşlı qadının hadisə yerində həlak olduğu müəyyən edilib. Polis yanğınla bağlı 41 yaşlı şübhəlinin saxlanıldığını açıqlayıb.








