RU
Londonda hava limanında yanğın: Uçuşlar dayandırıldı
17:10
43

Londonda hava limanında yanğın: Uçuşlar dayandırıldı


İngiltərənin Luton hava limanının dayanacağında baş verən yanğın səbəbindən uçuşlar dayandırılıb, 4 yanğınsöndürən və bir hava limanının əməkdaşı xəstəxanaya yerləşdirilib.

7NEWS.az İngiltərənin paytaxtı Londonda Luton hava limanının dayanacağında baş verən yanğınla əlaqədar olaraq hava limanının yerli vaxtla saat 14:00-a qədər hava nəqliyyatına bağlı qalmasına qərar verilib. Hava limanında çoxmərtəbəli avtomobil dayanacaqlarından birinin qismən dağılmasına səbəb olan yanğında insan itkisinin olub-olmaması ilə bağlı hələlik məlumat paylaşılmayıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ