İngiltərənin paytaxtı Londonda İcarədarlar Birliyinin təşkilatçılığı ilə evlərin kirayəsinin artımına qarşı aksiya keçirilib.
Bu barədə "Guardian” qəzeti yazıb.
"Şənbə günü nümayişçilər paytaxtda sürətlə artan kirayələrə etiraz etmək üçün Londonda toplaşıblar", - məlumatda bildirilir.
Məlumata görə, aksiyada 500-ə yaxın insan iştirak edib. Etirazçılardan biri qəzetə bildirib ki, Londonun cənub-şərqində mənzil kirayəsi pandemiyadan bu günədək 40 % artıb.








