Böyük Britaniyanın paytaxtı Londonda bıçaqla silahlanmış 19 yaşlı gənc yoldan keçənlərə hücum edib.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Bir qadın aldığı bıçaq xəsarətlərindən hadisə yerində keçinib. Digər 5 nəfər xəstəxanaya yerləşdirilib.
Cinayətkar elə hadisə yerində polis tərəfindən saxlanılıb. London polis idarəsindən verilən məlumata görə, həbs olunan şəxs psixi xəstə olub. Hadisənin motivi və təfərrüatları hələ ki, məlum deyil. Polis insidentin terror aktı olduğunu istisna etmir.








