RU
Londonda Suriyanın taleyi üçün toplaşacaqlar
15:24
370

Londonda Suriyanın taleyi üçün toplaşacaqlar

Suriya məsələsi Böyük Britaniyada müzakirə ediləcək. 

7news.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, konfrans sentyabrın 7-si Londonda baş tutacaq. Məlumata görə, toplantı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və britaniyalı həmkarı Boris Conson arasında olacaq.

Görüşdə həmçinin, Suriya müxalifət Ali komitəsinin baş koordinatoru Riyad Hicab da iştirak edəcək. Bildirilir ki, R.Hicab Suriyadakı vəziyyətin siyasi həllinə dair plan təqdim edəcək. O da qeyd edilir ki, konfransa Fransa, ABŞ, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, İordaniya, İtaliya və Avropa Birliyinin nümayəndələri dəvət olunub.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ