Zərərvericilərlə mübarizə üzrə mütəxəssislər Londondakı uşaq meydançalarından birində çox böyük ölçülərə malik siçovul tapılarkən qarşılarında sadə tapşırıq durmadığını dərk ediblər. Şahidlərin sözlərinə əsasən, nəhəng siçovul pişikdən böyük olub.
Qaz xidmətləri mühəndisi Toni Smit (46 yaş) Londondakı çoxmənzilli evlərdən birində işləyərkən dörd fut (122 sm) uzunluğa malik gəmirici görüb. 25 funtdan (11 kq-dan çox) artıq çəkiyə malik siçovul sakinlər arasında məşhur olan uşaq oyun meydançası yaxınlığında kolluqlarda görülüb.

Adi yetkin siçovul bədəninin orta uzunluğu 9-11 duymdur (23-28 sm), quyruq hissəi isə 7-9 duym (18-23 sm) təşkil edir.
Ölmüş heyvan Londonun şimalında uşaq meydançası yaxınlığında tapılıb.

Smit elektrik Ceyms Qrindən siçovulun fotosunu çəkməsi üçün onu əlində saxlamasını xahiş edib.

Qazçı bunun sözügedən dairədə siçovullarla yaranmış ilk problem olmadığını etiraf edib. O, nəhəng siçovulların hücumunun baş verdiyini və onlara qarşı hazırda zəhər vasitəsilə mübarizə aparıldığını söyləyib. "Zibil yeşiklərinin qapağı tez-tez açıq qalır, odur ki, onların rasionu heç də pis deyil. Gəmiricilər qızardılmış toyuq və düyü ilə qidalanırlar”- deyə Smit söyləyib. //interaztv.com
7News.az








