7NEWS.az xəbər verir ki, Prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,9 faizi açılıb və qeyri-rəsmi nəticələrə görə Rəcəb Tayyib Ərdoğan 52,16 faiz səs toplayıb. Londonda səslərin sayılması prosesindən sonra küçələrə çıxan qürbətçilər prezident Ərdoğanın qələbəsini qeyd ediblər. Londonun ən turistik bölgələrindən biri olan London Eye-də qarşılaşan qürbətçi vətəndaşlar avtomobillərini küçələrdə siqnal verərək konvoylar halında gəziblər. Konvoyların keçidi zamanı qırmızı və ağ rəngli tüstü məşəlləri ilə atəşfəşanlıq edilib.
7NEWS.az








