RU
Londonun loqosu təqdim olundu – “Avro-2020”
16:18
571

Londonun loqosu təqdim olundu – “Avro-2020”

Bu gün Avro-2020-yə ev sahibliyi edəcək 13 şəhərdən birinin - Londonun loqosunun təqdimat mərasimi olub.

7News.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, tədbirdə UEFA-nın prezidenti Aleksandr Çeferin, İngiltərə Futbol Assosasiyasının sədri Qrek Klark və Londonun meri Sadik Xan iştirak edib.

Loqotip özündə Anri Delone kubokunu, məşhur Tauer körpüsünü  və sevinən azarkeşləri əks etdirir. 

Londonda Avro-2020-nin yarımfinal oyunları və final qarşılaşması keçiriləcək.

Xatırladaq ki, Avro-2020-nin 4 oyunu (3 qrup, 1 1/4 final) Bakıda təşkil olunacaq. Bakının loqosunun təqdimat mərasimi isə sentybarın 30-da olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ