"Azərbaycanda bütün etnik qrupların nümayəndələri tolerantlıq şəraitində yaşayır”.
7NEWS.Az-ın məlumatına görə, bunu ölkəmizdə səfərdə olan Lord Con Kilkloni bu gün keçirilən mətbuat konfransında bildirib.
Lord Con Kilkloni deyib ki, əvvəllər Azərbaycanda səfərdə olarkən Qubada olub, yəhudi icması ilə görüşüb: "Həmin görüşdə də bir daha Azərbaycanda etnik qrupların tolerantlıq şəraitində yaşadığının şahidi oldum. Gələcəkdə erməni icması da Azərbaycanda tolerant şəraitdə yaşaya bilər”.
7NEWS.Az








