RU
“Lotu Quli”nin qətlində şübhəli bilinən daha bir nəfərin adı məlum oldu - VİDEO
16:20
909

“Lotu Quli”nin qətlində şübhəli bilinən daha bir nəfərin adı məlum oldu - VİDEO

Kriminal aləmdə "Lotu Quli” kimi tanınan Nadir Səlifovun qətlində şübhəli bilinən iki nəfər – 26 yaşlı Əmir Həmidli və 25 yaşlı Xan Zeynalov Dənizlidə saxlanılıb.

Bu barədə "Demirören Haber Ajansı” (DHA) məlumat yayıb.

 

N.Səlifovun qətlində şübhəli bilinən şəxslərin Dənizli şəhərinə gəldiyini öyrənən hüquq-mühafizə orqanlarının əməliyyat keçirərək, hər iki şəxsi yaxalayıblar.

Qeyd edək ki, kriminal aləmdə "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyənin Antalya şəhərində şam etdiyi zaman yaxınları tərəfindən sui-qəsdə məruz qalıb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ