Məşhur "Louis Vuitton" brendinin yeni kolleksiyası birmənalı qarşılanmayıb.
7News.Az axşam.az-a istinadən bildirir ki, şirkət yeni kolleksiyaya daxil olan zərgərlik məhsullarını sosial media hesablarından paylaşdıqdan sonra tənqidlərə tuş gəlib. İzləyicilər qolbaqlarda "Z" hərfinin hazırki vəziyyətdə siyasi mövqe daşdığını vurğulayaraq məyus olduqlarını vurğulayıblar.
Fotolara gələn şərhlər arasında "Ciddisiniz?", "Bu zarafatdır?", "Xəbərləri izləmirsiniz?", "Bundan məsul olan marketinq və piara cavabdeh şəxsləri işdən çıxardığınız zaman onların maaşlarını Ukraynaya köçürə bilərsiniz", "Bu, müharibə simvoludur", "Zəhmət olmasa, modellərinizdə "Z"ni əks etdirəndə Ukraynanı xatırlayın!" yer alıb.
Kolleksiya aktrisa Alisiya Vikander və reper Kid Cudinin qolunda təqdim edilib.
Qeyd edək ki, daha əvvəl şirkət Rusiyadakı mağazalarının fəaliyyətini dayandırdığını açıqlayıb.
"Z" hərfi Rusiyanın Ukraynaya daxil olan hərbi texnikasında yer aldığından bəri əməliyyatlara dəstək simvolu kimi qiymətləndirilir.
7News.Az








