"Lufthansa” aviaşirkətinin noyabrın 26-da Bakıya olan iki aviareysi ləğv edilib.
7news.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu Heydər Əliyev Beynəlxalq Aeroportunun saytındakı online tabloda göstərilib.
Almaniyanın "Lufthansa” aviaşirkətinin pilotlarının davam edən tətili nəticəsində bu gün həyata keçirilməli olan 03:50-də Aşqabad-Bakı və 04:50-də Bakı-Frankfurt aviareysləri ləğv olunub.
Qeyd edək ki, Almaniyanın "Lufthansa” aviaşirkətinin pilotları maaşlarının 20 faiz artırılmasına şirkətin müsbət rəy verməməsi səbəbindən tətil edirlər. Şirkət öz məlumatında tətilin 3 gün ərzində 2600 aviareysin ləğv olunmasına gətirib çıxardığını qeyd edib.
7news.Az








