Azərbaycan İtaliyanın etibarlı enerji tərəfdaşıdır.
7NEWS.Az xəbər verir ki, bunu ADA Universitetində keçirilən "Azərbaycan-İtaliya: Çoxtərəfli strateji tərəfdaşlığa gedən yol” adlı konfransda İtaliyanın xarici işlər naziri Luici Di Maio deyib.
Nazir bildirib ki, Azərbaycan ötən illər ərzində etibarlı neft təchizatçısı olub. Di Maionun sözlərinə görə, qaz təchizatı ilə bağlı Azərbaycanın rolu daha da artıb.
"Bizim üçün əsas prioritet Azərbaycan qazının İtaliyaya həcminin artırılmasıdır”, - XİN başçısı vurğulayıb.
Luici Di Maio qeyd edib ki, İtaliya şirkətləri Azərbaycanda fəaliyyətdə maraqlıdır.
7NEWS.Az








