RU
Lük Koffi: “Qarabağdakı müharibə yeni mərhələyə qədəm qoyub”
13:40
279

Lük Koffi: “Qarabağdakı müharibə yeni mərhələyə qədəm qoyub”

"The Heritage Foundation” nəzdində Ellison Xarici Siyasət Araşdırma Mərkəzinin direktoru Lük Koffi Azərbaycan Ordusunun Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə apardığı əks-hücum əməliyyatları ilə bağlı fikirlərini bölüşüb. 

O, bununla bağlı "Twitter” hesabında paylaşım edib. 


"Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib və indi də dəhlizə nəzarət edir. Laçın 1992-ci ilin mayından bəri erməni işğalı altındadır. Ermənistanı Dağlıq Qarabağ ilə birləşdirən əsas yol oradan keçir.

Doğrudursa, müharibə yeni mərhələyə qədəm qoyub”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ