RU
Lukaşenko Belarusla Latviya, Litva və Polşa arasında vizasız rejimin uzadılmasını dəstəkləyib
22:30
529

Lukaşenko Belarusla Latviya, Litva və Polşa arasında vizasız rejimin uzadılmasını dəstəkləyib

Belarus prezidenti Aleksandr Lukaşenko Nazirlər Şurasının və Xarici İşlər Nazirliyinin Latviya, Litva və Polşa ilə qüvvədə olan vizasız giriş rejiminin 2023-cü ilin sonunadək uzadılması təklifini dəstəkləyib.

7NEWS.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Vizasız rejim daha öncə 2022-ci ilin sonuna qədər nəzərdə tutulmuşdu. Belə ki, 2022-ci il aprelin 15-dən Latviya və Litva vətəndaşları, habelə Latviya vətəndaşı statusu olmayan şəxslər, 2022-ci il iyulun 1-dən isə Polşa vətəndaşları üçün vizasız rejim tətbiq edilib.

"Ölkəmizin qonşulara açıq olmasının, mehriban qonşuluğa və xalqlar arasındakı əlaqələrin möhkəmləndirilməsinə diqqət yetirməsinin təsdiqi olaraq bu gün vizasız rejimin uzadılması barədə qərar qəbul edilib. Litva, Latviya və Polşa vətəndaşları Belarus ərazisinə maneə olmadan səfər edə, qohumları ilə görüşə, dəfn yerlərini ziyarət edə, tibbi və digər xidmətlərdən yararlana biləcəklər”, - mətbuat xidməti qeyd edib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ