RU
Lukaşenko və Əliyev iqtisadi əməkdaşlığı müzakirə etdilər
14:32
1036

Lukaşenko və Əliyev iqtisadi əməkdaşlığı müzakirə etdilər

Telefon söhbəti baş tutub.

Belarus və Azərbaycan prezidentləri Aleksandr Lukaşenko və İlham Əliyev arasında cümə günü telefon danışığı olub.

7News.Az xəbər verir ki, bu barədə İnterfaks-Qərb agentliyinə Belarus liderinin mətbuat xidmətində bildiriblər.

“Prezidentlər iqtisadi-ticarət sahəsində əməkdaşlıq üzərində ətraflı müzakirə apararaq qarşılıqlı ticarətin fəallaşdırılmasına hazır olduqlarını bildiriblər. Söhbət həmçinin istehsalat kooperasiyasından gedir”, - mətbuat xidmətində bildiriblər.

Belarus tərəfi əsasən Azərbaycanda üçüncü ölkələrin bazarlarına ümumi məhsul ilə çıxma perspektivindən müştərək istehsalatların yaradılması imkanlarını nəzərdən keçirməyə hazırdır.

İkitərəfli münasibətlərin vəziyyəti və perspektivləri kontekstində müzakirələrdə A.Lukaşenko və İ.Əliyev onların strateji xarakterini təsdiqləyərək, iki ölkə arasında münasibətlərin hər zaman dostluq və qarşılıqlı anlayış əsasında qurulduğunu vurğulayıblar.

Dövlət rəhbərləri həmçinin beynəlxalq gündəmi də müzakirə ediblər.

Prezidentlər, ölkələr arasında münasibətlərdə yaranmış mütəmadi əlaqələr təcrübəsini davam etmək barədə razılığa gəliblər, mətbuat xidmətindən bildiriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ