Hər bir din, mədəniyyət və ölkə özünə aid bəzi rituallara sahibdir. Amma aralarında elə qəribə adətlər var ki, eşidən donub qalırıq. Ən qəribəsi odur ki, belə ağılalmaz adətlərin bir çoxu zamanla unudulsa da, bəziləri hələ də tətbiq olunur.
7News.az-ın təqdim etdiyi bu yazıda müxtəlif ölkələrdə bu gün də tətbiq edilən qəribə adətlərlə tanış olmaq imkanı qazanacaqsınız:
1. Hindistanda: Körpələri 15 metr yüksəklikdən aşağı atırlar.

Hindistanın Solapur bölgəsində yaşayan yerli xalq uzun ömürlü olsunlar deyə uşaqları anadan olanda 15 metr yüksəklikdən aşağı atırlar. Uşağı saxlamaq üçün aşağıda insanlar parça açırlar.
2. Tailand: Yalnız Kral Ailəsinin danışdığı bir dil mövcuddur.

Tailandda kral ailəsinə məxsus qəribə bir ənənə var. Yalnız özlərinin danışdığı bir dilə sahibdirlər. Məqsəd xalqın danışdıqlarını başa düşməsini əngəlləməkdir. Bunun sayəsində kral nümayəndələrinin daha güvəndə olduqlarına inanırlar və əsrlərdir bu dili öz aralarında istifadə edirlər.
3. İspaniya: Pomidor döyüşünə inanırlar.

İspaniyada "la tomatina” olaraq adlandırılan pomidor döyüşü festivalının mənşəyi tam olaraq bilinmir. Əfsanəyə görə, 1945-ci ildə təhlükəsizlik qruplarına etiraz etmək üçün gənclər pomidordan istifadə ediblər. Sonradan necə olubsa bu döyüş ənənə halına gəlib. İspaniyada bir növ pomidor döyüşü turizmi də var. Dünyanın müxtəlif ölkələrindən insanlar məhz bu döyüşdə iştirak etmək üçün İspaniyaya gedir.
4. Cənubi Amerikada: Ölülərin sümüklərindən şorba bişirirlər.

Cənubi Amerikada yaşayan (Braziliya və Venesuela) Yanomi qəbiləsi ölən insanların cəsədini yandırır, sümüklərini isə qaynadıb şorba bişirirlər. Beləliklə rəhmətliyin (sümüksüz) ruhunun əbədi yaşayacağına inanırlar. Bədənin torpağın altında çürüməkdənsə yandırılmasının ölən adam üçün daha yaxşı olduğuna inanırlar.
5. Hindistanda: barmaqlarını kəsirlər.

Hindistandakı Dani qəbiləsinin nümayəndələri sevdikləri şəxs öləndə kədərlərini göstərmək üçün barmaqlarını kəsirlər. Bunu edərək ölən adama ürəkdən bağlılığını göstərdiklərinə inanırlar.//moderator








