Alimlər məşhur italiyalı rəssam Leonardo da Vinçinin ölümünün səbəblərini öyrənib.
7News.az bildirir ki, iki italiyalı həkim uzun tədqiqatlardan sonra məşhur rəssamın insultdan dünyasını dəyişiyini müəyyən edib.
Onlar diaqnozu dəqiq təyin etmək üçün da Vinçinin 1517-1519-cu illərdəki səhhətini sistemli şəkildə analiz edib və bunun üçün “Lonardo da Vinçinin həyat gündəliyi”ni tərtib edib. Gündəliyin əsasını onun müasirləri, da Vinçinin özünün qeydləri və bu mövzuda əvvəlki tədqiqatlar yer alıb. Gündəlikdə yer alan məlumata görə, rəssamın 65 yaşında sağ əli iflic olub. Lakin səhhətindəki problem ona rəssam və tədqiqatçı kimi fəaliyyətini davam etdirməyəmane olmayıb. Həkimlər hesab edir ki, onun iflic olmasının səbəbi keçirdiyi birinci insultdir. 1519-cu ildə insult təkrarlanıb və bu dəfə rəssamın ölümünə gətirib çıxarıb.








