
7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "The Mirror" yazır.
41 yaşında döş xərçənginin dördüncü mərhələsi diaqnozu qoyulmadan öncə də Mollinin əri ilə problemləri olub.
Xəstə mastektomiya, radioterapiya, kimyaterapiya və rekonstruktiv cərrahiyyə yoluyla müalicə olunub. Daha sonra hormonal terapiyaya başlandıqda həkimlər onun cinsi istəyinin öləcəyini desələr də, müalicə əks təsir göstərib.
Qadın 15 illik ərindən ayrılaraq digər kişilərlə görüşməyə başlayıb. Onun kontaktlarında 185 kişinin adı olub.
"Seks mənə özümü diri hiss etdirir. Bu, xəstəlikdən qaçmaq üçün yaxşı yoldur", - deyə qadın etiraf edib.
Molli 2019-cu ilin mart ayında, 45 yaşında ölüb.
Onun hekayəsini ölümündən sonra rəfiqəsi aktrisa Nikki Boyer danışıb.



7News.Az








