RU
Ölümə meydan oxuyan adam - Göydələnlərin qonağı...
01:04
688

Ölümə meydan oxuyan adam - Göydələnlərin qonağı...

Oleq Kriket dünyanın ən yüksək 50 binasına dırmanmaqla yeni rekorda imza atıb.

Təhlükəsizlik kəmərindən və qoruyucu dəbilqədən istifadə etmədən metrlərcə yüksəyə çıxan rus əsilli Oleq, “İnstagram” hesabında paylaşdığı bu fotolarla böyük bir kütlənin diqqətini çəkib.

Oleq, hisslərini bu cür dilə gətirib:

“Bunu edən zaman qorxmuram və heç nədən çəkinmirəm. Ağlımda olan tək şey, hədəfimə çatmaq...”.

Təhlükəli hobbisini reallaşdırmaq üçün dünyanın dörd bir yanına səyyahət edən Oleq, indiyə qədər Almaniya, Fransa, Dubay və Honkonqda göydələnlərin qonağı olub.

Bu da “İnstagram”ı silkələyən həmin fotolar:

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ