"Ezel" serialından Ramiz dayı rolu ilə tanınan aktyor Tuncel Kurtizin ölümündən 3 il keçsə də, onun məzarı dəfn edildiyi günkü kimi qalıb.
7News.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məzarın bu halda qalması ilə bağlı Balıkesirin Erdemit mahalının bələdiyyə başçısı Kamil Saka ilk dəfə açıqlama verib. O, açıqlamasında deyib:
"Məndən olsa, lap məzarının yanında kənd də salaram. Amma o, çox sadə insan idi. Məzarının belə sadə olmasını özü istəmişdi".
Qeyd edək ki, 27 sentyabr 2013-cü il tarixində İstanbul Etilerdəki evində infarkt keçirərək 77 yaşında dünyasını dəyişən Tuncel Kurtiz Balıkesirdə Edremit mahalı Çamlıbel Məhəlləsində torpağa tapşırılıb.
7News.az











