RU
Ölümündən öncə anası ilə mesajlaşdı
13:48
1123

Ölümündən öncə anası ilə mesajlaşdı

ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı zamanı ölən 30 yaşlı Eddi Castisin anası ilə son yazışamaları üzə çıxıb.

Hadisə zamanı tualetdə gizlənən Castis son olaraq anası Minaya onu sevdiyini yazıb. 

Həmin yazışmanı təqdim edirik: 

Eddi: Anacan, mən səni sevirəm 
Eddi: Klubda atəş açırlar
Mina: Sən yaxşısan? 
Eddi: Mən tualetdəyəm.
Mina: Hansı klub?. 
Eddi: Pulse. Mərkəzdə.
Eddi: Polisə zəng elə. 
Eddi: Mən öləcəyəm. 
Mina: Mən polisə zəng edirəm. 
Mina: Sən hələ də ordasan? 
Mina: Lənətə gəlmiş telefona cavab ver.
Mina: Onlara zəng elə.
Mina: Mənə zəng elə. 
Eddi: Onlara zəng elə. İndi. 
Eddi: O gəlir. 
Eddi: Mən öləcəyəm. 
Mina: Polislər orada gizlənməyini istəyir. Kim yaralıdır? 
Eddi: Hə. Çoxdur. 
Eddi: Cəld ol. O buradadır.

 

Bir neçə dəqiqədən sonra Mina oğluna polisin hadisə yerində olduğunu yazıb və polislər orada olarkən ona xəbər etməsini istəyib. Lakin ananın bu mesajına övladından cavab gəlməyib. 

Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb./azvision.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ