İtalyalı idmançı Armin Skmieder Facebook hesabında canlı yayımladığı yüksəklikdən tullanış videosu zamanı dünyasını dəyişib.
Alp dağlarında uçuşa başlayarkən: "Bu gün mənimlə uçacaqsan", - demişdi ki, bir anda qışqırıq səsi qalxıb. Bunun ardınca sosial şəbəkə dostları idmançının bir cavab verməsi, bir şey yazmağı üçün nə qədər şərhlər əlavə etsələr də, o andan sonra heç bir səs eşidilməyib. Xilasedici dəstə Skmiederin cəsədini İsveçrədə Kandersteq qəsəbəsində tapdıqlarını açıqlayaraq, qəzanın səbəbini araşdırdıqlarını deyib. İsveçrənin "Blick" qəzeti isə cəsədi şənbə günü analiz edilən idmançının azyaşlı bir övladı olduğunu qeyd edib.
7News.az









