RU
Luqansk vilayəti raketlə vuruldu, ölən var
13:30
527

Luqansk vilayəti raketlə vuruldu, ölən var

Aprelin 27-də səhər saatlarında Qorskaya Qromadaya hava zərbəsi endirilib - ən azı bir nəfər həlak olub.

7News.Az bildirir ki, bu barədə Luqansk Regional Dövlət Administrasiyasının sədri Sergey Qayday Telegram-da yazıb.

"Saat beşdən bəri rus qoşunları Qorskaya icmasının yaşayış məntəqələrini davamlı olaraq atəşə tutur, "Qrad" və artilleriyadan istifadə edirlər.

Hava zərbəsi endirilib. Dağıntılar çoxdur, artıq bir nəfərin meyiti tapılıb", - o yazıb.

O, axtarışların davam etdiyini bildirib.

Qorskidə elektrik yarımstansiyası da yanıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ