Şəmkir rayonu ərazisində oğurluq edən şəxslər tutulub.
7news.Az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oğurluq etdiyinə görə fevralın 2-də tutulan Arzu Əsgərli, Əli Yusifov və Qurban Məmmədovun ətrafında Goranboy və Şəmkir Rayon Polis İdarələrinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların Şəmkir rayonu ərazisində daha 3 mağazadan pul, ərzaq məhsulları, spirtli içki və tütün məmulatları oğurladıqları da müəyyən edilib.
Cəlilabad rayonunun Təzəkənd kəndindəki mağazalardan birindən pul oğurlamaqda şübhəli bilinən kənd sakini İslam Fətiyev tutulub. O, fevralın 2-ə keçən gecə Təzəkənd kəndindəki mağazalardan birindən qapının qıfılını sındırmaq yolu ilə 140 manat və 270 rus rublu oğurlamaqda şübhəli bilinir. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha 1 mağazadan 200 manat pul və danışıq kartları oğurladığı müəyyən edilib.
7news.Az








