RU
Mağaza yaran oğrunun evindən narkotik çıxdı
15:32
385

Mağaza yaran oğrunun evindən narkotik çıxdı

Sumqayıtın Corat qəsəbəsində mağazadan qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəsəbə sakini Hüseyn Quliyevə məxsus mağazanı yarmaq istəyən həmyerlisi R.Səfərov tutulub.

Ondan 53,254 qram, yaşadığı evə baxış zamanı isə 396,004 qram tiryək aşkar edilərək götürülüb./axar

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ