RU
Mağazadan 30 min manatlıq oğurluq edən satıcı saxlanıldı
17:10
360

Mağazadan 30 min manatlıq oğurluq edən satıcı saxlanıldı

Bakı şəhərindəki mağazadan 30 min manatlıq oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Azadlıq prospektindəki mağazaların birindən 30000 manat dəyərində mobil telefon aksesuarları oğurlamaqda şübhəli bilinən, orada satıcı işləyən paytaxt sakini Eşqin Nəbiyev saxlanılıb.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ