RU
Mağazadan “E-Manat” terminalı oğurlandı
15:01
910

Mağazadan “E-Manat” terminalı oğurlandı

Daha bir cinayətin üstü açılıb.

Ağstafa polisi mağazalardan pul, tütün məmulatı, spirtli içki və “E-Manat” ödəmə terminalı oğurlamış şəxsləri ələ keçirib.

DİN-nin mətbuat xidmətindən 7News.Az-a bildiriblər ki, Ağstafa polisinin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətmiş Elnur Xəlilov və Məhərrəm Seyidov tutulublar.

Onların fevralın 11-də rayon sakinləri Şəhla Abbasovaya və Saleh Məmmədova məxsus mağazalardan pul, tütün məmulatı, spirtli içki və “E-Manat” ödəmə terminalını oğurladıqları bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ