RU
Macar jurnalistin badalaq gəldiyi qaçqın terrorçu imiş..?
20:39
513

Macar jurnalistin badalaq gəldiyi qaçqın terrorçu imiş..?

Suriya kürdləri Macarıstan və Serbiya sərhədində operatorun badalağ gəldiyi və sonradan “Hetafe” klubunda iş alan suriyalı futbol məşqçisi Osame Abdul Möhseni terrorçu “Əl-Kaida” təşkilatının döyüşçisi olduğunu bildiriblər.

 “Demokratik Birlik” kürd partiyasının nümayəndələri bəyan ediblər ki, Möhsen “Əl-Kaida”nın Suriya qanadına aid “Cəbhat ən-Nusra”nın yaraqlısı olub.

Sübut kimi, onlar Möshenin ləğv edilmiş Facebook səhifəsindən terrorçu təşkilata mənsub olduğunu bildirən skrinşotları göstəriblər.

Suriyalıların sözlərinə görə, Möshen həmçinin 2004-cü ildə Əl-Qamışlı şəhərində iğtişaşların qarşısının alınmasında iştirak edib. Həmin hadisələrdə 50 nəfər ölmüşdür.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ