Macarıstanın baş naziri Viktor Orban ölkəsinin Bosniya və Herseqovinanın Avropa İttifaqına (Aİ) sürətlə üzv olmasının tərəfdarı olduğunu bildirib.
7NEWS.az xəbər verir ki, Orban Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda rəsmi təmasları çərçivəsində Nazirlər Şurasının sədri Borjana Kristo tərəfindən rəsmi mərasimlə qarşılanıb.Orban və Kristo heyətlər arasında keçirilən görüşdən sonra mətbuat konfransı keçirib.
Macarıstanın Bosniya və Herseqovinanın yanında olduğunu bildirən Orban, "Bəlkə sərhəd qonşusu deyilik, amma siyasi və iqtisadi baxımdan qonşuyuq. Bundan əlavə, dünyanın ən mürəkkəb siyasi strukturlarından birini necə idarə etdiyinizi heyranlıqla izləyirik" deyə bildirib.
7NEWS.az








