RU
Macarıstan `erməni soyqırımı`nı tanımadı
11:37
569

Macarıstan `erməni soyqırımı`nı tanımadı

Macarıstan parlamentinin Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı” ilə bağlı layihəni rədd edib.

Parlamentin Xarici əlaqələr komitəsində hakimiyyətdə olan "Fidesz” Partiyası və ölkənin ikinci böyük partiyası olan "Jobbik”in deputatları parlamentdə 5 deputatla təmsil olunan Macar Yaşıllar Partiyası tərəfindən təqdim edilən layihənin əleyhinə səs veriblər.

"Jobbik” Partiyasının nümayəndəsi Marton Gyöngyösi sözlərinə görə bu məsələ tarixçilər tərəfindən araşdırmalıdır: "Bu məsələ tarixçilər və hüquqşünasların öhdəsinə buraxılmalıdır. Roma Papası Fransiskin, siyasətçilər və başqa parlamentlərin nə söyləməsinin Macarıstan parlamentinə aidiyyəti yoxdur. Səs qazanmaq üçün belə addımlar atılmamlıdır”./azvision.az
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ