Paytaxt Budapeştdə İsveçin baş naziri Kristersson ilə görüşündən əvvəl danışan Macarıstanın baş naziri NATO üzvlüyü hələ təsdiqlənməmiş İsveçlə "bütün gözlənilən məsələləri bağlayacaqlarını" bildirib.
7NEWS.az xəbər verir ki, İsveçin NATO üzvlüyü üçün müraciətini hələ təsdiq etməyən yeganə ölkə olan Macarıstanın Baş naziri Viktor Orban bu gün paytaxt Budapeştdə İsveçin baş naziri Ulf Kristersson ilə görüşündən əvvəl açıqlama verib. Dövlət radiosuna danışan Orban ölkəsinin İsveçlə müdafiə sənayesi müqaviləsi imzalayacağını açıqlayıb.
7NEWS.az








