RU
Macarıstan millisi Avstriyanın qapısından iki cavabsız top keçirdi
10:05
1625

Macarıstan millisi Avstriyanın qapısından iki cavabsız top keçirdi

Hesabı 63-cü dəqiqədə Adam Szalai açıb.

Fransada keçirilən futbol üzrə Avropa çempionatında “F” qrupunun ilk oyunu keçirilib.

7News.Az xəbər verir ki, Macarıstan millisi Avstriya yığması ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.

Hesabı 63-cü dəqiqədə Adam Szalai açıb. 87-ci dəqiqədə Zoltan Ştiber qapıçı ilə təkbətək dueldən qalib ayrılaraq oyunda son nöqtəni qoyub.

Bu qrupun digər qarşılaşması bu gün, iyunun 14-də, Bakı vaxtı ilə saat 23:00-da Portuqaliya və İslandiya yığmaları arasında keçiriləcək.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ