Macarıstan ölkənin qərbində NATO qoşunlarının yerləşdirilməsinə icazə verib.
7NEWS.Az-ın "Reuters”ə istinadən xəbərinə görə, bu barədə Baş nazir Viktor Orban müvafiq fərman imzalayıb.
Macarıstan NATO qoşunlarının ölkənin qərbində yerləşdirilməsinə, həmçinin öz ərazisi vasitəsilə NATO-ya üzv olan digər dövlətlərə silah tədarükünə icazə verir.
Bununla belə, fərmanda deyilir ki, Macarıstan öz ərazisindən Ukraynaya ölümcül silah daşınmasına icazə vermir.
7NEWS.Az








