Macarıstan Netanyahunun həbsinə order verən BCM-dən çıxır
7NEWS.az xəbər verir ki, Macarıstan parlamenti Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) bir illik geri çəkilmə prosesini başlatacaq qanun layihəsini təsdiqləyib. Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə order verib. Baş nazir Viktor Orban hökuməti məhkəmənin siyasi olduğunu iddia edərək bu addımı atıb.