RU
Macarıstanın Baş naziri Azərbaycana gəlib
19:57
1757

Macarıstanın Baş naziri Azərbaycana gəlib

Qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Macarıstanın Baş naziri Viktor Orban martın 5-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

7news.Az AzərTAc-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Macarıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Macarıstanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Baş nazir Viktor Orbanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşıladılar.

7news.Az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ