Qaydada nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə 3 milyon manat ayrılıb.
Fərmana əsasən "Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat”ın forması da təsdiq edilib. Nazirlər Kabinetinə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə 2017-ci il və növbəti illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi layihələrində bu Qaydada nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin nəzərə alınmasını təmin etmək tapşırılıb. Maliyyə Nazirliyi isə nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməlidir.
7news.Az








