61 yaşlı dünya şöhrətli müğənni Madonnanın 26 yaşlı rəqqas Axlamalik Uilyamsla sevgili olduqları haqqda xəbər bir müddətdir gündəmdədir.
7News.Az axşam.az-a istinadən bildirir ki, rəqqasın anası nəşrlərdən birinə açıqlamasında onların ailə qurmaq fikrində olduğunu söyləyib.
Madonna artıq sevgilisinin ailəsi ilə tanış olub, hətta Axlamalikin valideynlərinə söz verib ki, onun qayğısına qalacaq.
Qeyd edək ki, Axlamalik Madonnanın rəqs qrupunda çalışır. Madonna sevgilisinin valideynlərindən də yaşca böyükdür.
7News.Az








