RU
Madonna səhnədə fanatını soyundurdu
15:28
2390

Madonna səhnədə fanatını soyundurdu

Dünya musiqisinin pop-kraliçası, amerikalı Madonna "Live Nation" konsert turnesi çərçivəsində Avstraliyanın Brisben şəhərində konsert verib.

Həmişə olduğu kimi, bu dəfə də Madonnanın konserti qalmaqallı şouya çevrilib.

Müğənninin fanatı olan 17 yaşlı Jozefina Gergiusəhnəyə çıxıb, Madonnandan avtoqraf almaq istəyib.

57 yaşlı Madonna pərəstişkarının yanına gedərək deyib: "Elə bil "Victoria's Secret" modelisən. Sən mən istədiyim qız tipindəsən. Özün də gözəlsən". Bunu söyləyən müğənni Jozefinanın paltarını dartıb, onun sinəsini açıb.
Madonna gülərək deyib: "Oy, bağışlayın, bu seksual təcavüz deyil. İstəyirsənsə, sən də paltarımı darta bilərsən".

Madonnanın hərəkəti Avstraliyada qanun pozuntusu sayılır. Lakin 17 yaşlı Jozefinanın dediyinə görə, müğənnini məhkəməyə vermək niyyətində deyil: "Özümü təhqir olunmuş saymıram. Həyatımın ən maraqlı anını yaşadım. Konsertə də anamın korsetində getmişdim. Korset mənə böyük idi".
Brisben polisi isə bəyan edib ki, yalnız şikayət olarsa, insident araşdırılacaq.
 

Milli.Az

 Madonna səhnədə fanatını soyundurdu - VİDEO - FOTO

Madonna səhnədə fanatını soyundurdu - VİDEO - FOTO

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ