7News.az xəbər verir ki, Madrid meri Xose Luis Martinez-Almeyda mətbuat azadlığı uğrunda mübarizədə həyatını itirən jurnalistlərə həsr olunmuş abidənin açılışında göyərçin gözlənilməz müdaxiləsi ilə kəsilib. Almeyda diqqətini nitqinə cəmləyərkən, göyərçin onun başına nəcis edib. Onun çıxışı yarımçıq kəsilib, lakin Almeyda zarafatla "Uğur gətirir. Uğurumuz bizimlə olsun" şərhini yazıb.








