Nyu-Yorkda məhkəməsi keçiriləcək türk iş adamı Rıza Zərrabın vəkili məlum olub.
7News.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın ən məşhur vəkillərindən olan Benjamin Brafman Zərrabı müdafiə edəcək. Girdiyi əksər məhkəmə işlərindən qalib ayrılan vəkil 1.55 sm. boyundadır və bu özəlliklərinə görə, “qısa böyük adam” ləqəbi ilə tanınır. 67 yaşlı Brafmanın indiyə kimi müdafiə etdiyi şəxslər arasında Michael Jackson kimi məşhurlar və mafya liderləri də olub.
Lakin Brafmanın qarşısında “Wall Street Şerifi” olaraq tanınan prokuror duracaq. O, hazırladığı iddianamələrdəki güclü dəlilləri ilə vəkilləri çətin durumda qoyması ilə tanınır. Bu səbəbdən də Nyu-York məhkəməsində qızğın prosesin gedəcəyi proqnozlaşdırılır.
7News.Az








