Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzi qəbul olan şəxslərə elektron qaydada qeydiyyatdan keçməli olduqlarını bildirib.
Qeydiyyat prosesi 2021-ci il avqustun 18-dən 25-dək aparılacaq.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcək.








