RU
Mahaçqalada dünya çempionu güllələndi
14:58
1197

Mahaçqalada dünya çempionu güllələndi

Şaxbulat Şamxalayev naməlum şəxslər tərəfindən gülllələnib

7news.Az Ria Novosti agentliyinə istinadən məlumat verir ki, tanınmış rusiyalı idmançı Şaxbulat Şamxalayev naməlum şəxslər tərəfindən gülllələnib. Ona avtomat silahdan atəş açılıb. Dərhal xəstəxanaya çatdırılan idmançının bədənindən 6 güllə çıxarılıb. Hazırda reanimasiya şöbəsində müalicə alan Ş.Şamxalayevin vəziyyətini həkimlər stabil ağır olaraq qiymətləndirirlər.

Cinayət faktı Dağıstan DİN tərəfindən təsdiq edilib.

32 yaşlı Şaxbulat Şamxalayev muay-tay (tay boksu) boksu üzrə dünya çempionudur. O, həmçinin dəfələrlə Dağıstan birinciliyində uşu-sanda və muay-tay üzrə çempionatların qalibi olub.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ