Xorvatiyanın "Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin səhhətində problem yaranıb.
Bu barədə klubun baş məşqçisi Ante Caciç mətbuat konfransına məlumat verib.
O bildirib ki, Mahir Emreli ilə yanaşı daha 4 oyunçuda virus aşkarlanıb.
Təcrübəli məşqçi qeyd edib ki, həmin oyunçular "Hayduk”la çempionat matçında iştirak etməyəcklər.








