RU
Makedoniyalı İsgəndərin ÖLÜM SƏBƏBİ bu imiş
17:30
219

Makedoniyalı İsgəndərin ÖLÜM SƏBƏBİ bu imiş

Yunanıstanda Aristotel Universitetinin alimləri Makedoniyalı İsgəndərin son günləri və xəstəliyinin simptomları barədə antik tarixçilərin yazılarını təhlil ediblər.

7News.Az-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Greek Reporter" yazır.

1995-ci ildən başlanan tədqiqatların nəticələrinə əsasən, hökmdarın ölüm səbəbi nə malyariya, nə qarın yatalağı, nə də pnevmoniya olub. Ekspertlər onun pankreonekrozdan öldüyünü deyirlər.

Tibb professoru Tomas Qerasimidisin sözlərinə görə, kəskin pankreonekrozun yaratdığı ağır sepsis Aleksandrın ölümünə səbəb olub. Bu xəstəliyə səbəb isə öd (şəfra) daşı xəstəliyi və həmçinin sərkərdənin ağır qidalara və alkoqollu içkiyə meyli olub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ