
7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, "prank"ın videosu bloggerin "YouTube" kanalında yayımlanıb.
Roberin sözlərinə əsasən, belə bir qurğu yaratmaq ideyası naməlum qadın onun eyvanından bağlama oğurladıqdan sonra yaranıb. Kalkin ilə birlikdə hazırladıqları cihaz bahalı qulaqlıq qutusunun içində gizlədilir. Qutu açıldıqda oradan zər ətrafa səpələnir və xoşagələz qoxu buraxan sprey işə düşür. Bağlamaya həmçinin müşahidə kamerası quraşdırılır.
Aktyor və mühəndis bu qurğuyla oğrulara dərs vermək istəyib.
Sonda Rober qeyd edir ki, o, qutunu "səhvən" öz poçt qutusunda tapıb üzərindəki adresə çatdıranlara düzgünlüklərinə görə 40 dollar mükafat verib.
7News.Az








